Andrey Mamıkin: “Azərbaycandan üzr istəməliyik”
732 dəfə baxılıb
“Şərq tərəfdaşlığı” proqramı məntiqi olaraq çıxılmaz vəziyyətə düşüb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin “rubaltic.ru” analitik portalına müsahibəsində deyib.
O qeyd edib ki, “Şərq tərəfdaşlığı”na daxil olan 3 ölkə – Ermənistan, Azərbaycan və Belarus Avropa İttifaqının ancaq dünyada sülhlə bağlı çağırışlarını dəstəkləməyə hazır olduğunu bildirib.
“Azərbaycanı incitdiyimiz üçün o, bizimlə parlamentlərarası əlaqələr çərçivəsində bütün əməkdaşlığı dayandırdı. Ukrayna, Gürcüstan, Moldova isə Avropa İttifaqı ilə assosiasiya sazişi imzaladı və bundan sonra “Şərq tərəfdaşlığı” məntiqi olaraq çıxılmaz vəziyyətə düşdü”, – o qeyd edib.
Yeni proqram hazırlanmalı olduğunu deyən deputat ilk növbədə Azərbaycanla münasibətlərin düzəldilməsinin vacibliyini vurğulayıb:
“Birincisi, gəlin Azərbaycandan üzr istəyək. Azərbaycanda insan haqları, media azadlığı ilə problemlər ola bilər, lakin biz Avroparlament olaraq bunu Bakıya təhqiramiz formada çatdırdıq. Azərbaycan üçün yeni nəsə fikirləşmək lazımdır. Avropa İttifaqı üçün Azərbaycan nə deməkdir? Təkcə ucuz qaz mənbəyidir? Yoxsa, biz hələ də hesab edirik ki, Azərbaycan Cənubi Qafqazda böyük, vacib aktyordur və biz bu ölkəyə terrorizmlə mübarizə və s. məsələlərdə etibar edirik?
Biz – Avropa İttifaqı ölkələri “Şərq tərəfdaşlığı”na daxil olan ölkələrdən nə istədiyimizi müəyyənləşdirə, “Şərq tərəfdaşlığı”nın hazırkı formasında postsovet ölkələrinə nə isə verə bilmirik”.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!