Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Aprel hadisələrində 2000 hektar ərazimiz azad edilib

May 18
15:45 2016

Aprel hadisələri zamanı Azərbaycan 2000 hektar ərazisini işğaldan azad edib.

“Sələf Xəbər” bildirir ki, APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti bərpa etdiyi ərazilərdə bir neçə strateji yüksəklik də var.

“Həmin yüksəkliklərdən Dağlıq Qarabağ ərazisinin xeyli hissəsinə nəzarət etmək mümkündür”, – deyə, mənbə əlavə edib.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Vyana danışıqlarından dönərkən erməni jurnalistlərə müsahibəsində “aprel hadisələri zamanı 800 hektar ərazi itirdiklərini” deyib.

O bildirib ki, Ermənistan Silahlı Qüvvələri təhlükəsizlik məqsədi ilə istifadə etdiyi 800 min hektar ərazinin 800 hektarını itirib: “İtirilən torpaqlar heç bir strateji və taktiki əhəmiyyətə malik deyil”.

Sələf Xəbər: Ey vətənimizin qəhrəman əsgərləri, bilin ki, Uca Allah Qurani-Kərimdə düşmən qarşısında sabitqədəm olanları belə tərif edir: “Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Qurani-Kərim, “əs-Saff” surəsi, 4-cü ayə)

Uca Allahdan torpaqlarımızın düşmənlərdən tamamilə geri alınmasında xalqımıza kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər