Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

ARDNŞ-nin Rumıniya Nümayəndəliyi Ramazan bayramı münasibətilə keçirilmiş xeyriyyə tədbirində iştirak edib

İyul 31
16:43 2014

ARDNŞ xəbər verir ki, şirkətin Rumıniya Nümayəndəliyi müqəddəs Ramazan bayramı münasibətilə iyulun 27-də və 28-də bu ölkədə keçirilmiş xeyriyyə tədbirlərində iştirak edib.

Tədbirlər çərçivəsində Rumıniyanın Dobrıca regionunun Kobadin, Bayramdədə, Başpinar, Mecidiyyə və Çernova şəhərlərində yaşayan müsəlman icmasına sosial yardım göstərilib.

Türkiyənin Rumıniyadakı səfiri Ömür Şölendil xeyriyyə aksiyasında iştirak etdiyi üçün ARDNŞ-nin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

“Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.

(Müqəddəs Quran, “Bəqərə” surəsi, 215-ci ayə)

Digər xəbərlər