“ASAN xidmət” mərkəzlərində “check-up” müayinələr xidməti başlayır
Avqust 29
16:10
2016
937 dəfə baxılıb
Yaxın müddətdə Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən “ASAN xidmət” mərkəzlərində “check-up” müayinələrə başlanılacaq.
Selefxeber.az xəbər verir ki, RMDM-dən APA-ya verilən məlumatda deyilir ki, müayinələr ilkin olaraq 1 saylı Bakı “ASAN xidmət” mərkəzində keçiriləcək.
Sonra müayinələr digər “ASAN xidmət” mərkəzlərini də əhatə edəcək.
Cəmi 6 dəqiqəyə 27 (aclıq) və 23 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndəriləcək. “Check-up” müayinələrinin gələcəkdə daha geniş miqyasda tətbiqi nəzərdə tutulur.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar” (Muslim 4\ 2074\ № 2699)