Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

AŞPA prezidenti: “Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır”

Aprel 04
18:01 2016

“Dağlıq Qarabağda zorakılıq halları və insanların ölümü ilə bağlı məlumatlar məni çox narahat edib və kədərləndirib”.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə AŞPA prezidenti Pedro Aqramuntun bəyanatında deyilir.

P. Aqramunt tərəfləri atəşkəsə riayət etməyə, sülh danışıqlarını bərpa etməyə, həmçinin zorakılıqdan çəkinməyə çağırıb. AŞPA prezidenti, həmçinin Azərbaycanın birtərəfli qaydada atəşin dayandırılması haqqında qərarını alqışlayıb.

“Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını işğal altında olan Azərbaycan torpaqlarından çıxarmalıdır”, – bəyanatda deyilir.

Sələf Xəbər: Uca Allahdan ölkəmizin mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər