Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Avropa təşkilatı Qarabağın işğalına son qoyulmasını tələb edib

Yanvar 21
20:19 2015

“İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıdıb, etnik təmizlənmə həyata keçiriblər”.

Norveçin təhsil, mədəniyyət, siyasət və din sahələrində fəaliyyət göstərən 25 qeyri-hökumət təşkilatını özündə birləşdirən Beynəlxalq və Çoxmədəniyyətli Könüllülük Mərkəzi (SAİFF) “Qarabağa Azadlıq” adlı bəyanat qəbul edib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə mərkəzin sədri Anna Opland Stenersen tərəfindən yayılmış bəyanatda deyilir.

Bəyanatda qeyd olunub ki, SAİFF-in İdarə Heyəti tarixi faktları və BMT Təhlükəsizlik Şurasının qətnamələrini diqqətlə araşdırdıqdan sonra aşağıdakı qənaətə gəlinib:

“Azərbaycanın qədim tarixi regionlarından biri olan Qarabağda ermənilərin işğalından əvvəl 600-dən çox tarixi abidə və 1050-dən artıq qədim tikili olub. Təkcə Qafqazın konservatoriyası kimi tanınan Şuşada 36 təhsil ocağı, 435 mədəni və dini mərkəz, 10 muzey və qala məqsədyönlü şəkildə dağıdılıb.

Ermənistan hələ 1988-ci ildə, Sovet İttifaqının süqutundan əvvəl, Moskvanın köməyinə arxalanaraq ərazi iddiaları ilə çıxış edib və Rusiyanın intensiv dəstəyi ilə hərbi əməliyyatlara başlanıb. 1994-cü ildə atəşkəs elan olunana qədər Ermənistan Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı işğal edib”.

Daha sonra bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal etməsindən 22 il keçir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, ədalət bu günə qədər öz yerini tapmayıb: “İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıdıb, etnik təmizlənmə həyata keçiriblər. Bütün bunlar “Konfliktlər zamanı mədəni mülkiyyətin qorunması barədə” 1954-cü il Haaqa və “Dünya mədəni və təbii irsinin qorunması”na dair UNESCO-nun 1972-ci il konvensiyalarının prinsiplərinin pozulduğunu təsdiq edir.

SAİFF-in İdarə Heyəti Azərbaycanın mədəniyyətinə, adət-ənənələrinə və insanlarına həmrəylik və beynəlxalq dəstək aktı olaraq “Qarabağa Azadlıq” adlı bəyanat imzalayır və bu regionun daha yaxşı gələcəyi naminə dünya birliyinin digər üzvlərinə qoşulur”.

 Sələf Xəbər: Uca Allah hələ 1400 il bundan əvvəl bu insanları aşağıdakı kimi təsvir etmişdir: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 118-ci ayə)

Digər xəbərlər