Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Avtovağzal ərazisində sürüşmə genişlənir

Oktyabr 09
17:56 2015

Bakı avtovağzal kompleksinin ərazisində sürüşmə nəticəsində yaranmş çatların uzunluğu artır.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, aidiyyatı qurumlar hadisənin yağış suları səbəbi ilə baş verdiyini bildirir. Bakı Avtovağzal Kompleksi ərazisində baş verən sürüşmə nəticəsində yaranan çatların uzunluğu 60 metrə çatıb.

Çatların ciddi fəsad törətməsinin qarşını almaq üçün “Azəryolservis” və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri həmin ərazidə bərkitmə işləri aparıb.

Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev deyir ki, çatın yaranmasının əsas səbəbi yağış sularıdır.

İstinad divarları isə 30 sm-ə yaxın əyilib. Baş geoloq bunun səbəbini də yağış suları, eyni zamanda kompleks ərazisində olan yaşıllıqların tez-tez suvarılması ilə əlaqələndirir. Ələmdar Piriyev deyir ki, çatların qarşısı alınmazsa ciddi fəsadlara yol aça bilərı.

Vəziyyətlə bağlı yekun rəyi Fövqəladə Hallar Nazirliyi açıqlayacaq.

Digər xəbərlər