Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açır

Aprel 17
18:54 2017

Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən xəbərinə görə, “Azərbaycan Hava Yolları” cari ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri Ciddəyə birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, Ciddə Səudiyyə Ərəbistanının iqtisadi paytaxtı, həmçinin Məkkə inzibati rayonunun ən iri şəhəri hesab olunur. Ciddə Beynəlxalq Hava Limanı (JED) turist və zəvvarların əsas tranzit məntəqələrindən biri sayılır.

Ciddəyə reyslər həftənin cümə axşamı və bazar günləri biznes və ekonom salonlu, komfortlu Airbus A320 laynerləri ilə yerinə yetiriləcək.

Regionda unikal hesab ediləcək Ciddəyə birbaşa reyslər “Azərbaycan Hava Yollarının” digər reysləri ilə rahat calanacaq. Bu, nüfuzlu britaniya agentliyi “Skytrax”in qiymətləndirməsinə əsasən postsovet məkanında ən yaxşı hava limanı adlandırılmış Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə Avropa və MDB ölkələrindən rahat tranzit uçuşlar planlaşdırmaq imkanı verəcək.

Digər xəbərlər