Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

AZAL-ın təyyarələrində mobil rabitədən istifadə ediləcək

May 02
13:22 2015

İlin sonunadək “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) daha 4 təyyarəsinin göyərtəsində rabitə və məlumat ötürülməsi xidmətlərindən istifadə etmək mümkün olacaq.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu “Azerfon” şirkətinin (Nar-ın ticarət markası) satış üzrə direktoru Samir Məmmədov deyib.

O bildirib ki, rabitə xidməti AZAL-ın uzaq məsafələrə uçuşlar həyata keçirən sərnişin təyyarələrində işə salınacaq. Hazırda AZAL-ın 9 təyyarəsində, xüsusi ilə “Airbus” avialaynerlərində rabitə xidmətindən istifadə etmək olar.

Qeyd edək ki, “Azerfon” 2013-cü ilin fevralından AZAL-ın təyyarələrində mobil rabitə xidmətlərini göstərməyə başlayıb. Təyyarələrin göyərtəsində daxil və xaric olan zənglərin 1 dəqiqəsinin qiyməti 2 manatdır. SMS göndərişi 0,50 manat təşkil edir. Daxil olan SMS pulsuzdur. MMS-in göndəriş qiyməti 2,6 manat, 1 meqabayt GPRS isə 9 manatdır.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Qurani-Kərimdə Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930