Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan 144 ölkə arasında 38-ci yeri tutub

Sentyabr 04
16:54 2014

“Bakuinfo” APA-ya istinadla xəbər verir ki, Azərbaycan, Dünya İqtisadi Forumunun (WEF) “Qlobal rəqabətqabiliyyətlilik hesabatı 2014-2015” (Global Competitiveness Report 2014-2015) adlı hesabatında 144 ölkə arasında 38 pillədə yerləşib.

Sözügedən hesabatda ötən ilki göstərici ilə müqayisədə Azərbaycan bir pillə irəliləyib.

Hesabata görə, biznesin qeydiyyatı üçün lazım olan proseduraların sayına görə Azərbaycan 10-cu yeri tutduğu halda, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-yeri tutub.

ÜDM-in həcminə görə, ölkəmiz 70-ci pillədə qərarlaşıb. İnflyasiyanın səviyyəsinə görə isə Azərbaycan birinci yeri tutub.

Hesabatda bildirilir ki, makroiqtisadi stabilliyə görə Azərbaycan 9-cu, biznesə dəstək üzrə 80-ci, əmək bazarının effektivliyi üzrə 33-cü, infrastrukturun inkişafına üzrə 70-ci, ali təhsilə üzrə 90-cı, tibb və ibtidai təhsil üzrə 104-cü, maliyyə bazarlarının inkişafı üzrə 89-cu yerləri tutub.

Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 69-cu, dəmir yolu infrastrukturunun keyfiyyətinə görə 37-ci, hava yolları infrastrukturunun keyfiyyəti üzrə 44-cü yerdə qərarlaşıb.

Bundan başqa, dövlət siyasətinin şəffaflığına görə, Azərbaycan 48-ci yeri tutub.

Vergitutma effektivliyi sahəsində Azərbaycan 82-ci, antiinhisar qanunvericiliyinin effektivliyi üzrə 130-cu yeri tutub.

Hesabata İsveçrə başçılıq edir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Sinqapur və ABŞ qərarlaşıb.

Digər xəbərlər