Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan Avropanın ən böyük silah idxalçısı oldu

Fevral 22
15:51 2016

Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu dünya silah ticarəti barədə növbəti hesabatını dərc edib: İxracatçılar sırasında ABŞ və Rusiya liderdir.

“Sələf Xəbər” Sputnik.az-a istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) bü gün açıqladığı dünya silah ticarəti barədə növbəti hesabatında məlumat verilir.

Hesabatda qeyd olunur ki, 2011-2015-ci illərdə Avropaya silah idxalı əvvəlki 5 illiklə (2006-2010) müqayisədə 41% azalıb ki, bu da əsasən Yunanıstan və İspaniyada baş verən iqtisadi proseslərlə bağlı olub.

Bununla belə, Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı olaraq qalır. Əvvəlki 5 illiklə müqayisədə 2011-2015-ci illərdə Azərbaycanın silah tədarükü 217% artıb.

“Avropanın ən böyük ikinci silah idxalçısı isə əvvəl olduğu kimi Böyük Britaniyadır. Ən böyük silah ixracatçılarına gəlincə, burada ABŞ və Rusiya liderliyini qoruyur”, – deyə hesabatda bildirilir.

2004-cü ildən etibarən silah ticarətinin həcmi daim artıb və 2011-2015-ci illərdə ötən beş illik müddətlə müqayisədə 14%-lik artım müşahidə edilib. 2011-2015-ci illərdə ən böyük ixracatçı ölkələr ABŞ, Rusiya, Çin, Fransa və Almaniya olub. Bu ölkələrin ümumi silah satışındakı payı 74% təşkil edib.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər