Azərbaycan bankı islam bankinqi prinsipləri çərçivəsində işləməyi planlaşdırır
1. 148 dəfə baxılıb
Azərbaycanın “Kövsərbank” Səhmdar Bankı islam bankinqi prinsipləri çərçivəsində işləməyi planlaşdırır.
Fins.az-ın “Vesti.Az”-a istinadən xəbər verdiyi kimi, İdarə Heyəti sədri Heydər İbrahimovun sözlərinə görə, bundan sonra əhalinin əmanətləri ənənəvi qaydada deyil, investisiya formasında qəbul ediləcəkdir, çünki, faiz şəriətlə qadağan edilmişdir. Əmanətçilərə isə investor və ya səhmdar kimi baxılacaqdır.
Qeyd edək ki, 2010-cu ildə “Kövsərbank”ın lisenziyası məcmu kapitala olan tələblərin yerinə yetirilməməyi, bank qanunvericiliyində yol verilən pozuntular, etibarlı və prudensial qaydada idarəetmənin olmamağı səbəbi ilə ləğv edilmişdi.
2013-cü ilin aprelində səhmdarlarının müraciətinə əsasən Bakı 1-ci inzibati iqtisadi məhkəməsi bankın müflisləşməsi haqqında qətnaməni ləğv etdi və buna əsasən 9 apreldə Azərbaycan Mərkəzi bankı “Kövsərbank”ın lisenziyasını bərpa etdi.
Sələf Xəbər: Müsəlmanların sələmçilik elementindən azad banklar və müxtəlif maliyyə alətləri yaratmağa cəhd etmələri faktı, bütövlükdə, sevindiricidir. Lakin, islam bankinqi və islam maliyyələri öz inkişafının hələlik ilkin mərhələsində olduğuna görə, bu və ya digər bank ilə hər hansı maliyyə əməliyyatı aparmazdan əvvəl, insan ayrıca bu əməliyyatın mahiyyətini anlamalı, sonra isə bu bankla və ya maliyyə institutu ilə iş aparmağın halal olduğuna qəti əmin olmaq üçün islami ticarət-maliyyə münasibətləri üzrə ekspertlə məsləhətləşməlidir.