Azərbaycan BƏƏ və Türkiyədə keçiriləcək hərbi sərgilərə qatılacaq
766 dəfə baxılıb
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) 2015-ci ilin birinci yarısında iki beynəlxalq hərbi sərgidə iştirak edəcək.
“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, Müdafiə Sənayesi Nazirliyi fevral ayının 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində dünyanın ən böyük müdafiə sərgilərindən olan İDEX-2015 sərgisində iştirak edəcək.
May ayının 5-dən 8-dək isə MSN Türkiyənin İstanbul şəhərində İDEF-2015 sərgisində təmsil olunacaq.
İDEX-2015 təşkilat komitəsindən verilən məlumata görə, MSN ilə yanaşı sərgiyə Azərbaycandan nazir və komandanlar səviyyəsində ziyarətçi heyətin qatılacağı gözlənilir.
Qeyd edək ki, MSN İDEX sərgisində ikinci, İDEF sərgisində isə dördüncü dəfə iştirak edəcək.
“Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)