Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Azərbaycan Dəmir Yolları” Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Sentyabr 30
17:39 2014

“Sələf Xəbər” APA-Economics-ə istinadən bildirir ki, Qurban bayramı günləri “Azərbaycan Dəmir Yolları” QSC növbəli iş rejimində çalışacaq. Bu barədə cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, vağzallarda, stansiyalarda və yüklərin dolması-boşalması həyata keçiriləcək: “Bundan başqa, sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq. Artıq ehtiyatda olan əlavə vaqonlar texniki baxışdan keçirilib. Bu ehtiyatda olan vaqonlar qismən də olsa yaranacaq sıxlığı aradan qaldıracaq”.

N. Əzməmmədov qurumun bütün əməkdaşlarının gücləndirilmiş iş rejimində çalışacağını və bayram günlərində işdə olacağını deyib: “Çalışacağıq ki, sıxlıq yaşanmasın və sərnişinlər mənzil başına rahat çatsınlar”.

Digər xəbərlər