Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan deputatı: “İslam heç bir halda zorakılığa izn vermir.”

Oktyabr 03
21:00 2014

“Sələf Xəbər”-in AzərTac-a istinadən məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının oktyabrın 2-də keçirilmiş iclasında təcili məsələ kimi özünü ““İraq və Şam İslam Dövləti” adlandıran terrorçu xəvaric qruplaşması və bəşəriyyətə qarşı zorakılıq” məsələsi müzakirə edilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva müzakirələrdəki çıxışı zamanı deyib ki, Suriyada davam edən böhran və terrorçu qrupların, xüsusilə özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın pozucu fəaliyyəti region üçün ciddi təhlükədir: “Zorakılıq sərhəd tanımır. Regionda yaşayan insanlar dini etiqadından, etnik mənsubiyyətindən asılı olmayaraq zorakılığa məruz qalırlar. Onların hamısı eyni zülmün qurbanlarıdırlar.

Region ölkələri humanitar fəlakətlə üzləşiblər. Türkiyə 1,5 milyon insana sığınacaq verib, onların da böyük əksəriyyəti uşaqlar və qadınlardır. Təqribən 250 min nəfər son iki həftədə sərhədi keçib. Biz Türkiyənin bu istiqamətdə səylərini təqdir etməliyik. Assambleya, bütün üzv dövlətləri humanitar böhran yükünü paylaşmağa çağırmalıdır.

Q.Paşayeva İraq və Suriyada yaşayan milyonlarla türkmənin, onların təmsilçilərinin xahişi ilə Assambleyaya müraciət edib, onların düşüncələrini, səsini, yaşadıqları dəhşətləri qurum üzvlərinin diqqətinə çatdırıb.

Millət vəkili qeyd edib ki, əziyyət çəkən digər etnik və dini qrupların səsi, düşüncə və çağırışları buradakı deputatlar tərəfindən səsləndirilib və məruzədə öz əksini tapıb. İraq və Suriyada yaşayan türkmənlər də səslərinin burada eşidilməsini, çağırışlarının burada səslənməsini istəyirlər: “Evini, sağlamlığını, işini itirən türkmənlərin sayı yüz minlərlədir və türkmənlər Avropa Şurasını onlara dəstək olmağa, kömək göstərməyə çağırır.

Doğma yurd-yuvalarından didərgin düşmüş insanlara daha çox humanitar dəstək göstərməyimizə böyük ehtiyac var. Regionda özünü “İraq və Şam İslam Dövləti” adlandıran, eləcə də digər terrorçu qruplaşmalara qarşı mübarizə aparacaq ölkələr müəyyən edilməli, birgə səylər nəticəsində döyüşçülərin münaqişə zonalarına göndərilməsinin qarşısı alınmalıdır.”

Qənirə Paşayeva vurğulayıb ki, İslam heç bir halda zorakılığa izn vermir. “Biz Avropa cəmiyyətində islamofobiya təmayüllərinin artmasına da diqqət yetirməliyik. İslamofobiya təmayülləri yalnız terrorçu qrupların çiçəklənməsi üçün məhsuldar zəmin yaradır. Ona görə də biz Avropada İslamafobiyanın artmasına qarşı da ciddi mübarizə aparmalıyıq.”, – millət vəkili əlavə edib.

“Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Muslim, Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər