Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan dünyanın ən xoşbəxt 5 ölkəsindən biridir

Dekabr 31
18:31 2014

“Sələf Xəbər” news.mail.ru saytına istinadən WİN/Gallup İnternational assosiasiyasının dünya ölkələrində xoşbəxtlik səviyyəsini ölçmək üçün “End of Year” araşdırmasını həyata keçirdiyini xəbər verir. Assosiasiyanın tərkibinə daxil olan SİAR Araşdırmalar və Konsaltinq Qrupunun verdiyi məlumata əsasən, 65 ölkədə 64002 respondent arasında aparılan sorğu nəticəsində dünyada xoşbəxtlik səviyyəsinin artdığı məlum olub.

2013-cü ildə 60% respondent özünü xoşbəxt hiss etdiyini bildirsə də, 2014-cü ildə bu rəqəm 70%-ə qalxıb. Dünyanın ən xoşbəxt ölkəsi Fici adalarıdır (93%).

Azərbaycanda xoşbəxtliyin xeyrinə rəy bildirənlər 85% təşkil edib və bu, ölkəni dünyanın ən xoşbəxt 5 ölkəsindən biri edib.

Ən bədbəxt ölkə isə İraq olub (31%).

Assosiasiyanın həyata keçirdiyi “End of Year” araşdırmasının nəticələrinə əsasən, Qazaxıstan (63%) xoşbəxtlik səviyyəsinə görə 32-ci, Ermənistan (53%) 48-ci, Gürcüstan (49%) 51-ci, Latviya (46%) 57-ci olub. 33-cü və 34-cü yerləri bölüşən Rusiya və Ukrayna (hər biri 61%) bu il eyni səviyyədə “bədbəxtdirlər”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir.” (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)

“Allaha şükür edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükür etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir. İnsan belə etmədikdə, o, naşükür bəndə hesab olunur.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər