Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan Eboladan əziyyət çəkən ölkələrə kömək edəcək

İyul 11
15:56 2015

Azərbaycan hakimiyyəti Ebola virusundan əziyyət çəkən ölkələrin iqtisadiyyatının bərqərar olması üçün bir milyon dollar vəsait ayırır.

“Sələf Xəbər” Azvision.az-a istinadən məlumat verir ki, bu barədə Azərbaycan Respublikasının BMT-dəki daimi üzvü Yaşar Əliyev BMT radiosuna müsahibəsində deyib.

“Əvvəllər Azərbaycanın müstəqilliyinin bərpa olunması dövründə biz böyük problemlə üzləşdik. Ermənistanla münaqişə nəticəsində bir milyon qaçqın- bu (problem) indiyədək mövcuddur, lakin əsaslı şəkildə yüngülləşdirilib. O zaman beynəlxalq ictimaiyyət Azərbaycana kömək etmişdi. Bu bizim yaddaşlarımızdadır və unutmuruq. Azərbaycan nə vaxtsa resipient ölkədən bu gün fəal donor ölkəyə çevrilir. Biz yaxşılığı unutmuruq və buna eyni cavab vermək istəyirik”- deyə Yaşar Əliyev müsahibəsində bildirib.

Qeyd edək ki, bu gün BMT baş qərərgahında Eboladan əziyyət çəkən ölkələr üçün vəsait yığımı üçün keçirilən Beynəlxalq konfrans başa çatıb. Konfrans çərçivəsində Qvineya, Liberiya və Siyerra-Leon prezidentlərinin BMT-nin baş katibi ilə görüşü olub.

Konfrans çərçivəsində virusdan ən çox ziyan görən bu üç ölkəyə 3,4 milyard pul ödənməsi qərarı alınıb.

Konfransda çıxış edən BMT inkişaf proqramının rəhbəri Helen Klark “Əliaçıqlığınıza görə təşəkkür edirəm” deyərək vəsait ödəyən ölkələrə minnətdarlığını bildirib.

Yığılan pul çərçivəsində Qvineya, Liberiya və Siyerra-Leonda tibbi sistemə, təhsil, su təchizatı, vətəndaşların işlə təmin olunması və s. kimi vacib sahələrə yönələcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 261-ci ayə)

“Uca Allah qullarını öz mallarını Allah yolunda xərcləməyi və bu yolla gedərək Ona yaxınlaşmağa çağırır. Bu o deməkdir ki, möminlər öz mallarını faydalı biliklərin yayılmasına, həmçinin müsəlmanların xeyrinə olan istənilən xeyriyyə layihələrinin həyata keçirilməsinə sərf etməlidirlər. Buraya habelə, ehtiyacı olanların, kasıbların və imkansızların xeyrinə ayrılan ianələr və sədəqələr də daxildir.
Belə ianələr və sədəqələr iki qat xeyir verir, axı onlar nəinki, ehtiyacı olanların ehtiyacdan xilas olmasına səbəb olur, həm də ardıcıl olaraq yaxşı əməllər yerinə yetirilməsinə və Allahı məmnun edən işlərin görülməsinə səbəb olur. Onlara görə mükafat isə, yeddi yüz dəfə və daha çox artırıla bilər. Məhz buna görə Allah deyir ki, O, istədiyi adama, onun qəlbində möhkəmlənmiş imanından, niyyətinin paklığından və sədəqələrinin verdiyi xeyirdən asılı olaraq, mükafatını artırır. Bir sıra yaxşı məqsədlərə yönəldilmiş sədəqələr uzun müddət bəhrə verir və onlardan gələn fayda müxtəlif olduğu halda, Allahın mükafatı həmişə edilən yaxşı əməlin növünə uyğun gəlir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər