Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan əhalisi İlham Əliyevə (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) etibar edir – Rəy sorğusu

İyun 23
14:45 2015

Azərbaycan əhalisinin əksəriyyəti ölkə Prezidenti İlham Əliyevə (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) etibar edir.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, bunu “Rəy” Monitorinq Mərkəzinin iyunun əvvəlində ölkə üzrə keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Cavablar göstərir ki, əgər prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti, yəni 87,3 faizi öz səslərini hazırkı dövlət başçısı İlham Əliyevə verərdi.

Respondentlərin 83 faizə yaxını “İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına “bəli, cavab verir” (tam və ya qismən), 5 faizi “xeyr, cavab vermir”, 4 faizi isə “əsasən cavab vermir” deyə bildirib. Qalan 8 faiz respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğu, həmçinin göstərib ki, prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, rəyi soruşulanların mütləq əksəriyyəti (60 faiz) birmənalı olaraq səsverməyə qatılardı. Daha 21 faiz “yəqin ki, iştirak edərdim” cavab variantını seçib. Səsverməyə getməyəcəyini deyən respondentlər isə 12 faiz təşkil edib. Qalan 7 faiz cavab verməkdə çətinlik çəkib.

Hesabat 2015-ci il iyunun 13-15-də keçirilmiş “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1500 nəfər iştirak edib. Nisbi xəta 2,7 faizdir.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin)”. (Qurani-Kərim, “Nisa” surəsi, 59-cu ayə)

Müsəlmanların rəhbəri üçün edilən dua – Allaha yaxınlaşmanın ən böyük vasitələrindən biri və ibadətin ən yaxşı növlərindəndir. Və bu səmimi münasibətin təzahürünün ən əhəmiyyətli növlərinə aiddir. Onun haqqa uyğun şəkildə davranması, ona bunda yardım edilməsi, Allahın onun üçün onun əhatəsini düzəltməsi, onun nəfsinin şərindən və onun vicdansız əhatənin şərindən qorusunması üçün dua. Onun üçün haqda dəstək, düz yolda sabitlik, qəlbdə və əməldə doğruluq, mömin əhatə istəmək – ən vacib işlərdən və Allaha yaxınlaşma vasitələrindən biridir.
İmam Əhməddən (Allah ona rəhmət etsin) rəvayət olunur ki, o dedi: “Duamın mütləq qəbul olunacağını bilsəydim, onu rəhbər üçün edərdim”. Bu, həmçinin Fudeyl ibn İyyaddan rəvayət olunur (Allah ona rəhmət etsin). (Bax: “Məcmua əl-fətava”, 8/210)

Digər xəbərlər