Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan əhalisinin sayı 9 milyon yarımı keçdi

Avqust 15
17:25 2014

Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 51,8 min nəfər və ya 0,5 faiz artaraq 2014-cü il iyul ayının 1-nə olan vəziyyətə görə, 9528,9 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfərdir.

“Əhalinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini kənd sakinləri təşkil edir, 49,7 faizi kişilərdən, 50,3 faizi qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür.

İlin əvvəlindən ölkədə 28,3 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı dəyişməyərək eyni səviyyədə (6,1) qalıb.

Bu ilin yanvar-iyun ayları ərzində rəsmi orqanlar tərəfindən 38,8 min nikah və 5,9 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 8,4, boşanmaların sayı 1,2 təşkil edib”, – məlumatda deyilir.

Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən cari ilin 6 ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 830 nəfər gələn və 401 nəfər ölkədən gedən qeydə alınıb.

 Sələf Xəbər: Bilmək lazımdır ki, xalqın çoxsaylı olması – onun gücüdür. Buna görə Şueyb peyğəmbər (Allahın ona salamı olsun) öz xalqına belə dedi: “Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı.” (Müqəddəs Quran, “Əraf” surəsi, 86-cı ayə).

Məhz buna görə, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlmanları çoxuşaqlı ailələr sahib olmağa həvəsləndirirdi: “Sevən və doğar qadınlarla evlənin! Həqiqətən, mən sizin çoxluğunuzla fəxr edəcəyəm” (Əbu Davud).

Xalqın çoxluğu həmçinin Uca Allahın bizə verdiyi nemətlərdən biridir. Buna görə, Uca Allah İsrail oğullarına bəxş etdiyi nemətləri sadalayaraq buyurur: “Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.” (Müqəddəs Quran, “İsra” surəsi, 6-cı ayə).

Digər xəbərlər