Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan ən yeni silahını sınaqdan keçirir – FOTO

Sentyabr 18
16:20 2017

Azərbaycan Çexiyadan yeni artilleriya qurğusu alıb.

Selefxeber.az xəbər verir ki, “Trend”in məlumata görə, Çexiya istehsalı olan “DANA” özüyeriyən artilleriya qurğusu Azərbaycana yeni gətirilib və sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə keçirilən genişmiqyaslı təlimlərə cəlb edilib.
Faktı Müdafiə Nazirliyindən təsdiq ediblər.

Qeyd edək ki, sentyabrın 22-dək keçiriləcək təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

📷

889b1bc9a2617033b33a56751557667a

Digər xəbərlər