Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan hakimiyyəti yalançı sələfiləri ölkənin imicinə ziyan vurmaqda ittiham etdi

İyun 20
12:17 2014

Azərbaycanın Dini strukturlarla iş üzrə dövlət komitəsi ölkənin yalançı-sələfi qruplarının nümayəndələrini son günlərdə KİV-də səsləndirilən qarşılıqlı ittihamlardan çəkinməyə çağırıb, “İnterfaks” xəbər verir.

“Fətva” xarakteri daşıyan ittihamlar və bəzi qrupların başqa hərəkətləri tolerantlıq abu-havasına ziddir, insan hüquqlarının pozulmasına gətirib çıxara, cəmiyyəti yanlış fikrə yönləndirə bilər”, – komitənin mətbuat xidməti bildirir.

Bəyanatda vurğulanır ki, yalançı-sələfi qrupları arasında gərginlik Azərbaycanda dini vəziyyətə neqativ təsir göstərir və onun beynəlxalq imicinə ziyan vurur.

“Dini dözülməzlik və düşmənçiliyin alovlandırılması çağırışlarının, həmçinin Azərbaycan vətəndaşlarının başqa dövlətlərin ərazilərində silahlı münaqişələrə cəlb edilməsi çağırışlarını üzə çıxarmaq məqsədi ilə Dövlət komitəsi, keçirilmiş monitorinqin və təyin edilmiş dini ekspertizanın nəticələrinə müvafiq olaraq, o cümlədən hüquqi müstəvidə, tədbirlər görəcəkdir”, – bəyanatda deyilir.

Həmçinin oxuyun: Qamət Süleymanov: Suriyada döyüşənlər Azərbaycan üçün problem yaradacaq

Yalançı sələfi əqidəsində olan bir sıra islam qrupu bir-birini islamdan çıxmaqda və Suriya döyüşçülərinə dəstək çağırışlarında ittiham edib.

 Sələf Xəbər: Təəssüf ki, bu gün bir çoxları, o cümlədən KİV, müxtəlif müsəlman təriqətlərini sələfilər adlandırır, halbuki heç bir təriqətin Məhəmməd Peyğəmbərin (ona salavat və salam olsun) səhabələrinə, və onlardan sonrakı iki nəslə heç bir aidiyyəti yoxdur. Beləliklə, bu termindən istifadədə diqqətli olmaq lazımdır, çünki sələf adlandırılan və ya özünü sələf adlandıran hər kəs saleh sələflərin davamçısı deyildir.

Yəməndən məşhur islam alimi mərhum Muqbil bin Hadidən (Allah ona rəhm etsin) soruşdular:
Sual: Bu gün təkfir cəmaatı, cihad cəmaatı, Əbdürrəhman Əbdulxaliqin cəmaatı, Mahmud əl-Xəddadın cəmaatı kimi özlərinə sələf deyən müxtəlif cəmaatlar (qruplaşmalar) mövcuddur. Sizdən bu qruplaşmaların hansı ideologiyanı tətbiq etdiklərini və əslində kimə sələf deyildiyini izah etməyinizi xahiş edirik.

Cavab: “Sələfilik öz istəyimizlə geyinilib-soyunula biləcək geyim deyil. Sələfilik – Allahın Kitabı və Peyğəmbərin (ona salavat və salam olsun) Sünnəsi ilə saleh sələflərin fəhminə əsasən getməkdir.

Allahın rəhməti ilə biz təkfir cəmaatı, Əbdürrəhman Əbdulxaliqin cəmaatı və cihad cəmaatı qruplaşmalarının yanlış fikirləri barəsində artıq danışdıq və onları izah etdik. Bu qruplaşmalar haqqında izahlarımız olan çoxsaylı audiokassetlər var və indi təkrarlanmağa ehtiyac yoxdur. Sururilər (hansılar ki, özünü sələf adlandırır) təriqəti haqqında da eyni şeyi demək olar. “Bəhreyn cavabları” mühazirəsində biz bu təriqətin yanlış fikirlərini izah etdik.

Uca Allah buyurur: “(Bu nemətə nail olmaq) nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs, onun cəzasını alacaq…” (Müqəddəs Quran, “Nisa” surəsi, 123-cü ayə). Və buna görə, həqiqi sələfi Quran və Sünnə yolu ilə saleh əcdadların (Peyğəmbərin (ona salavat və salam olsun) səhabələri) və iki sonrakı nəslin getdiyi kimi gedənlərdir. Seçkilərdə (prezident olmaq üçün) namizədliyi irəli sürən, və ya Allah üçün dostluq və düşmənçilik məsələsini dar çərçivədə anlayan kəs sələf ola bilməz. Necə ki, insanları alimlərə qulaq asmamağa çağıran kəs də həmçinin sələf ola bilməz.” (Şeyx Muqbil bin Hadinin saytı).

Digər xəbərlər