Azərbaycan İslam Hərbi Alyansında – XİN-dən açıqlama
1. 672 dəfə baxılıb
Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib.
Selefxeber.az xeber verir ki, bu barədə APA “dunyanews.tv” saytına istinadən bildirir.
Məlumata əsasən, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.
İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.
Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.
Onu da qeyd edək ki, Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İslam Hərbi Koalisiyasına qoşulması barədə xəbərlərə münasibət bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur.
“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”, – deyə H. Hacıyev vurğulayıb.
Xatırladaq ki, qərargahı Ər-Riyad şəhərində yerləşəcək İslam Hərbi Alyansına Pakistan ordusunun keçmiş rəisi general Rahil Şərif rəhbərlik edəcək. Bu barədə Pakistanın Müdafiə Naziri Xavarca Muhamməd Asif bir televiziya müsahibəsində çıxışı zamanı bildirib.
Sələf Xəbər: İnsanların fikrini toplamaq və onları parçalanmaqdan qorumaq İslam şəriətinin əsas hədəfi və qayəsidir. Allah taala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılma¬yın!…” (Ali İmran: 103).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”).
Bu işdə müsəlmanlara Allahdan müvəffəqiyyət arzulayırıq.