Azərbaycan istehsalı “Zərbə” pilotsuz uçan aparatların təqdimatı olub – FOTO
Sentyabr 21
15:50
2016
1. 184 dəfə baxılıb
Bu gün Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub.
Selefxeber.az-ın “Report”a istinadən məlumatına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qorusun) tədbirdə iştirak edib.
Prezident İlham Əliyev “Zərbə” pilotsuz uçuş aparatı ilə tanış olub. Dövlət başçısı müəssisədə istehsal edilən məhsulların nümayiş olunduğu filmə baxıb.
Dövlət başçısına müəssisədə istehsal olunacaq “Orbitr 4” və “Orbitr 3” müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları barədə də məlumat verilib.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız” (“Ənfal” surəsi, 60).