Azərbaycan kəlağayısı UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib
869 dəfə baxılıb
“Sələf Xəbər” APA-ya istinadən məlumatına görə, bu gün Azərbaycan kəlağayısı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Kəlağayı faylı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb.
Nazirlikdən bildiriblər ki, komissiyanın bugünkü iclasında Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, Komitə üzvlərinə təşəkkür edib və UNESCO siyahısına daxil edilməsinin Kəlağayı sənətinin ölkəmizdə inkişafına kömək edəcəyini bildirib.
“Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada altun və incilərlə bəzənəcəklər (qızıldan və mirvaridən bilərziklər taxacaqlar), orada libasları da ipəkdən olacaqdır!”
Qurani- Kərim, “əl-Həcc” surəsi, 23-cü ayə