Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan məscidlərində kitabxanalar yaradılacaq

Sentyabr 19
17:47 2014

“Sələf Xəbər”-in APA-ya istinadən xəbərinə görə, Prezident yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Azərbaycan məscidlərində kitabxanaların yaradılacağını bildirib.

Bununla bağlı Bilik Fondu öz üzərinə düşən müvafiq işləri yerinə yetirir, mətbuat da bizə dəstək olmalıdır, Fondun icraçı direktoru deyib.

O.Səmədov qeyd edib ki, bu gün məscid təkcə ibadət yeri deyil, həm də əhalinin, Allaha ibadət edənlərin tarixi kitablarla yaxından tanış ola biləcəyi yer olmalıdır: “Biz məscidlərdə kitabxana yaratmaq istəyirik. Bu praktika digər ölkələrdə artıq mövcuddur”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın.” (Müqəddəs Quran, “Mucadilə” surəsi, 11-ci ayə).

“Müsəlmanların ehtiyacı olan və ümmətin rifahının asılı olduğu (tibb, kənd təsərrüfatı, sənaye və s. kimi) bu və ya digər dünyəvi elmi və ya ixtisası öyrənən və müsəlman ümmətinə xeyir gətirmək üçün onu tətbiq edən müsəlman həmçinin Allahın dərəcələrini ucaltdığı kəslərin sırasına daxildir.” (Səudiyyə Ərəbistanının Fətvalar üzrə Daimi Komitəsinin fətvalarından: 77/12).

Digər xəbərlər