Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan Misirdə törədilmiş terror aktlarını pisləyib

Oktyabr 27
20:45 2014

“Sələf Xəbər”-in Trend-ə istinadən məlumatına görə, Azərbaycan Misirdə törədilmiş terror aktlarını qəti şəkildə pisləyir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev “Misirdə baş vermiş terror hadisəsini necə şərh edərdiniz?” sualını cavablandırarkən deyib: “Misir Ərəb Respublikasının Sinay yarımadasında bu ölkənin təhlükəsizlik qüvvələrinə qarşı törədilmiş terror aktlarını qəti şəkildə pisləyir, bu terror aktları nəticəsində həlak olanların ailələrinə və bütün Misir xalqına başsağlığı verir, yaralananların tezliklə sağalacağına ümid edirik”.

H.Hacıyev vurğulayıb ki, terrorçuluqdan əziyyət çəkən dövlət kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olan terrorçuluğun bütün forma və təzahürlərini pisləyir.

Xatırladaq ki, oktyabrın 24-də silahlılar tərəfindən Misir əsgərlərinə qarşı terror aktları törədilib. Terror hücumları Sinayın şimalında, Şeyx Züveydə və əl-Arişe hərbi blokpostlarında baş verib. Hücum nəticəsində 33 hərbi qulluqçu həlak olub, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb.

 Sələf Xəbər: XX-ci əsrin məşhur sünni ilahiyyatçısı, mərhum İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).

Digər xəbərlər