Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan ölkələr arasında insan inkişafı indeksinə görə tutduğu mövqedə 6 pillə irəliləyib

İyul 25
16:16 2014

Trend-in BMT İnkişaf Proqramının saytına istinadən verdiyi məlumata görə, BMT-nin ekspertləri tərəfindən hazırlanmış “İnsan inkişafı hesabatı 2014”-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub.

Dünya ölkələrində insan yaşayışı səviyyəsinin qiymətləndirilməsi baxımından aparıcı beynəlxalq meyar hesab edilən insan inkişafı indeksi müəyyənləşdirilərkən insanların orta ömür uzunluğu, savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən ÜDM və digər amillər nəzərə alınır.

Hesabatda ümumilikdə 187 dövlət arasında ilk beş yeri Norveç, Avstraliya, İsveçrə, Niderland və ABŞ tutub. Bu sıralama 2013-cü ildəki vəziyyət nəzərə alınmaqla müəyyənləşdirilib.

BMT-nin hesabatında Azərbaycan 76-cı yerdə qərarlaşıb. Sənədə görə, ölkəmizdə orta ömür uzunluğu 70,8 il təşkil edir.

Hesabatda Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun 15,725 dollar təşkil etdiyi bildirilir. Qeyd edək ki, BMT-nin “İnsan inkişafı hesabatı 2013”-də isə Azərbaycan insan inkişafı indeksinə görə 82-ci yerdə qərarlaşmışdı.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır” (Müqəddəs Quran, “Nəhl” surəsi, 53-cü ayə)

İnsan bu nemətlərin qədrini bilməlidir. Eləcədə hər hansı nailiyyət qazandıqda bununla kifayətlənmir, daha yüksək nəticələr əldə etməyə cəhd etməlidir.

Digər xəbərlər