Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan Ordusu dünyada neçənci yerdədir?

Fevral 19
16:49 2015

Dünya ölkələri ordularının yeni reytinq cədvəli açıqlanıb.
Nüfuzlu “Global Firepower” təşkilatı dünya ölkələri ordularının yeni reytinq cədvəlini açıqlayıb.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən verdiyi məlumata görə, siyahıya 126 ölkənin adı daxil edilib. Ölkələrin hərbi gücünü araşdıran təşkilat bunun üçün 50-dən çox amili nəzərə alıb.

Siyahıda Azərbaycan ordusu 63-cü pillədə qərarlaşıb. Ordumuz Ermənistan ordusunu 11 pillə qabaqlayır. Azərbayacanın qabaqladığı ölkələr arasında Qazaxıstan, Yunanıstan, Gürcüstan və Serbiya da var.
Reytinq siyahısında ilk üçlükdə isə müvafiq olaraq ABŞ, Rusiya və Çin qərarlaşıb. Onları Hindistan və Böyük Britaniya izləyib. Türkiyə isə siyahıda 10-cu sırada özünə yer tutub.

Qeyd edək ki, “Global Firepower” təşkilatı orduların gücünə görə, reytinq müəyyən edilərkən nüvə potensialı, coğrafi amillər, təbii resurslardan asılılıq, hərbi dəniz qüvvələrinin olması kimi detallara diqqət yetirir.
Reytinq siyahısında sırf hərbi texnikanın sayı hesablanmır. Araşdırma aparılarkən, ordunun kopmleks göstəriciləri nəzərə alınır.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər