Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan Ordusunun düşmən ordusundan üstünlüyü

Aprel 05
18:23 2016

Azərbaycan Ordusu tank və təyyarə baxımından Ermənistandan çox güclüdür.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Türkiyənin “Timetürk” saytı yazıb.

Sayt qeyd edir ki, Azərbaycanın 314, Ermənistanın isə 166 tankı var.

“Azərbaycanın ehtiyatda olan əsgərlərinin sayı 300 mindən çox, Ermənistanın isə 210 minə qədərdir. Azərbaycanda əsgərlik yaşına çatan gənclər 150 mindən artıqdır. Ermənistanda isə bu rəqəm 45 minə yaxındır. Azərbaycanın 191, Ermənistanın isə 100-ə qədər raketi var. Azərbaycanın 127 döyüş təyyarəsi var. Ermənistanın isə cəmi 63-dür. Azərbaycanın 29 bombardmançı təyyarəsi var. Ermənistanın isə cəmi 11”, – deyə sayt yazır.

“Timetürk” qeyd edir ki, Azərbaycan Ordusu qısa zamanda Ermənistan ordusunu məhv etmə gücünə sahibdir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər