Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan Ordusunun hərbçiləri minaya düşüb

Dekabr 09
16:38 2014

Azərbaycanda hərbi maşın minaya düşüb, ölən və yaralanan var.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi məlumata görə, hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub.

Digər müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu əsgər Eşqin Alı oğlu Şahvələdov isə yaralanıb. Yaralı əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyə edilib.

Hazırda əsgərin vəziyyəti kafidir, o, həkimlərin nəzarəti altındadır.

“Peyğəmbər cənnətdədir, şəhid cənnətdədir və uşaq da cənnətdədir!” (Əhməd 4/172).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər