Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan ordusunun reytinqi postsovet ölkələrini üstələdi

İyul 17
16:50 2014

ANS PRESS-in məlumatına görə, “Global Firepower Index” reytinqində (globalfirepower.com) Azərbaycan ordusu 50-ci yerdə qərar tutub. Reytinqdə qeyd edilib ki, Azərbaycan ordusunun yüz minlərlə ehtiyat qüvvəsi mövcuddur. Ordunun gücü iqtisadi gücdən də asılı olduğu üçün reytinqdə Azərbaycan Respublikasının iqtisadi rəqəmlərinə görə də ordu bal toplayır.

Reytinqdə qeyd olunur ki, yeni texnologiyaların istifadəsinə baxmayaraq neft müharibə zamanı hələ də ordunun qanı rolunu itirməyib. Belə ki, reytinqdə qeyd olunan günlük 932 min barrel neft hasilatı, 98 min barrel neft tələbatı, isbat olunmuş 7 milyard barrel neft ehtiyatı ordunun ballarına əlavə olunur. Reytinqdə Azərbaycan Respublikasının müdafiə büdcəsi: 3.185 milyard dollar, xarici borc: 9.11 milyard dollar, xarici valyuta və qızıl ehtiyatları: 11 milyard 280 milyon dollar, alıcılıq qabiliyyəti pariteti: 98 milyard 360 milyon dollar kimi rəqəmlərlə qeyd edilib.

Sırf ordu qüvvələrinin rəqəmlərinə gəldikdə isə reytinqə görə 544 tank, 1 864 Zirehli döyüş nəqliyyat vasitələri, 180 özüyeriyən silahlar, 384 artileriya, 266 reaktiv artileriya sistemi Azərbaycan ordusunun balansındadır.

Reytinqdə qeyd edilən hava və dəniz qüvvələrinin rəqəmləri də qürurvericidir. Belə ki, 125 qırıcı təyyarə, 18 sabit hücum təyyarəsi, 54 nəqliyyat təyyarəsi, 19 təlim təyyarəsi, 79 helikopter, 18 hücum helikopteri hava qüvvələrinə aiddir.

Beynəlxalq təşkilatın mütəxəssislərinin qeyd etdiyinə görə ölkəmizin hərbi dəniz qüvvələri təyyarə daşıyan gəmilərdən başqa bütün növ hərbi gəmi vahidlərinə malikdir. Bunlardan ümumi 47 vahid olmaqla, 1 freqat, 4 sualtı qayıq, 23 sahilyanı müdafiə qayıqları, 7 minaatan rəsmi olaraq qeyd edilib.

Ümumilikdə 106 ölkənin ordu gücü hesablandığı reytinqdə Ermənistan ümumiyyətlə yer almayıb. Reytinqdə Qazaxıstan 80, Belarus 52, Gürcüstan 64, Estoniya 96-cı yer almaqla ABŞ, Rusiya, ÇXR, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya və Yaponiya ilk onluqdadır.

Qeyd edildiyi kimi reytinqin hazırlanmasında Amerikanın mərkəzi kəşfiyyat idarəsinin CIA.gov, CIA World Factbook və wikipedia.com saytları olmaqla KİV xəbərləri və sair məlumatlardan istifadə olunub.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın…” (Müqəddəs Quran, “Ənfal” surəsi, 60-cı ayə).

“(Düşmənlərə) qarşı”, yəni sizi həlak etməyə və dininizi məhv etməyə çalışan düşmənlərinizə qarşı, “bacardığınız qədər qüvvə hazırlayın”, yəni müharibədə istifadə oluna biləcək hər bir şey: intellektual və fiziki güc, müxtəlif növ silahlar və döyüşdə tətbiq edilən digər şeyləri hazırlayın. Buraya həmçinin müxtəlif növ silahlar, müdafiə vasitələri, raketlər, təyyarələr, yerüstü və dəniz nəqliyyat vasitələri istehsal edən sənaye, eləcə də, qalaların, səngərlərin inşası, müsəlmanları gücləndirən və düşmənlərinin şərini dəf etməyə kömək edən məntiq və siyasət daxildir. Güclü olmaq, atəş açma qaydalarını və inzibati fəaliyyəti öyrənmək də həmçinin bunlara daxildir, elə buna görə, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Bilin ki, güc – atəş açmaq bacarığıdır”.

Bu hökmə həm də döyüş əməliyyatları üçün zəruri olan hərbi texnikanın hazırlanması aiddir. Bu barədə Uca Allah buyurur: “…Və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız.” O vaxt onların düşməni qorxutduqları səbəb bu (döyüş atları) idi. Hökm həmişə səbəb ilə bağlıdır, buna görə, əgər düşməni ən çox qorxudacaq və ən böyük ziyan yetirəcək zirehli texnika və təyyarələr kimi bir səbəb mövcuddursa, elə bunları hazırlamaq və inkişaf etdirmək lazımdır.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər