Azərbaycan pasportu ilə neçə ölkəyə vizasız getmək mümkündür?
1. 293 dəfə baxılıb
Dünya viza məhdudiyyətləri reytinqi və ya “dünya pasportlarının indeksi” dərc olunub.
“Sələf Xəbər” Sputnik.az-a istinadən bildirir ki, Azərbaycan hər il Henley & Partners şirkəti və Beynəlxalq Hava nəqliyyatı assosiasiyası (IATA) tərəfindən dərc edilən dünya viza məhdudiyyətləri reytinqində 75-ci yeri tutub.
Dünya viza məhdudiyyətləri reytinqi və ya “dünya pasportlarının indeksi” 219 ölkənin viza vermə qaydalarına əsasən tərtib olunur. Reytinqdəki mövqe bu pasport sahibinin neçə ölkəyə gedə bilməsi ilə müəyyən olunur.
Siyahıda ilk iki yeri Almaniya və İsveç tuturlar. Bu ölkələrin pasportları ilə müvafiq olaraq 177 və 176 ölkəyə getmək mümkündür. Üçüncü yeri 5 ölkə bölüşür — Finlandiya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniya.
Azərbaycan pasportu ilə 62 ölkəyə vizasız getmək olar. Qonşularımızdan biri olan Gürcüstan siyahıda 71-ci yeri tutur (67 ölkə). Ermənistan 80-ci yerdədir (57 ölkə). Rusiya pasportu ilə 105 ölkəyə getmək olar (43-cü yer). İran 98-ci (37 ölkə), Türkiyə isə 51-ci (102 ölkə) yerdədir.
Keçmiş SSRİ respublikaları arasında ən yüksək reytinq Latviyadadır – 13-cü yer (163 ölkə).
Siyahıda ən son yerləri İraq (30 ölkə), Pakistan (29 ölkə) və Əfqanıstan (25 ölkə) tuturlar.
Sələf Xəbər: Uca Allah buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu!” (Qurani-Kərim, “Nəhl” surəsi, 36-cı ayə)
“Uca Allah xəbər verir ki, səmavi həqiqət yerin bütün xalqlarına çatdırılmışdır. Keçmişdə yer üzündə yaşayan və ya bu günədək yaşamaqda olan bütün cəmiyyətlərə yeganə bir dini təbliğ edən və insanları bir olan Allaha şərik qoşmadan Ona ibadət etməyə çağıran elçilər göndərilmişdi. Lakin xalqlar onların çağırışına müxtəlif cavablar vermiş və iki qrupa bölünmüşdülər. Onların birini Allah doğru yola yönəltmiş və bunun sayəsində onlar Onun ehkamlarını öyrənərək və onlara riayət edərək elçilərin yolu ilə getmişdilər. Digəri isə azğınlığa üstünlük vermiş və həlak yolunu tutmuşdular. Qoy insanlar yer üzündə qəlbən və cismən səyahət edərək, görüb əmin olsunlar ki, haqqı dananların aqibəti necə olmuşdur; onlar çoxsaylı qəribə şeylər görəcəklər və hər bir kafiri mütləq məhv olma gözlədiyinə inanacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)