Azərbaycan Prezidenti (Allah onu İslam üzərində sabit etsin) şəhid ailələri və əlillərlə bağlı sərəncam imzalayıb
801 dəfə baxılıb
Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu İslam üzərində sabit etsin) Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“Sələf Xəbər”-in President.az-a istinadən məlumatına görə, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” prezidentin 2014-cü il 20 iyun tarixli 569 nömrəli sərəncamının 1-ci hissəsinin icrası ilə əlaqədar Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 milyon manat vəsait ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.