Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan prezidenti (Allah onu qorusun) başsağlığı verib

Dekabr 17
19:02 2014

Azərbaycan prezidenti İlham Əliyev (Allah onu qorusun) Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı verib.

“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab prezident, Peşəvar şəhərində hərbi məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Bu qanlı hadisə terrorizmin dəhşətli bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq edir. Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”

Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə

Digər xəbərlər