Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan Prezidenti (Allah onu qorusun) Fransa Prezidentinə başsağlığı verib

Yanvar 08
17:53 2015

“Sələf Xəbər” President.az-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) Fransa Prezidenti Fransua Ollanda başsağlığı verib.

Başsağlığında deyilir: “Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı.

Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.” (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə).

“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər