Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan Prezidenti (Allah onu qorusun): Vaxtdır, hərəkətə keçin!

Fevral 10
12:10 2015

Münhendə, Avropanın təhlükəsizliyinin qızğın müzakirə olunduğu bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qorusun) Avropaya təhlükəsizliyin enerjidən asılı olduğunu xatırladıb. Azərbaycan Prezidenti həm də avropalı tərəfdaşlarına belə bir mesaj verib ki, vaxtdır, hərəkətə keçin.

Prezident İlham Əliyev deyib: “Düşünürəm ki, bu layihəni bəzən çox vaxt aparan ümumi qayda və prosedurlardan uzaqlaşdırmaq üçün xüsusi bir yanaşma tətbiq olunmalıdır. Yalnız Azərbaycan, Türkiyə və Gürcüstanın iştirak etdiyi ilkin layihələrin icrasında bizdə çeviklik var idi. Bu layihədə də bizə eyni səviyyədə çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP, “Şahdəniz-2” layihələri böyük investisiyalardır və təkcə Azərbaycan yox, BP, Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır. Beləliklə, biz bu sərmayələri geri qaytarmalıyıq.

Səmimi desəm, hazırda neftin bir barrelinin qiymətinin, təqribən, 50 dollardan yüksək olması bu layihənin kommersiya nöqteyi-nəzərindən dayanıqlı olmasını çətinləşdirir. Bu da realizə olunmalıdır. Bu, ilk öncə, enerji təhlükəsizliyi layihəsidir. Və bu layihəyə cəlb olunan ölkələrin milli təhlükəsizliyinə xidmət edən layihə kimi yanaşılmalıdır. Beləliklə, böyük qaz ehtiyatlarımızı nəzərə alaraq biz hələ də “Cənub qaz dəhlizi” layihəsinin üzvü olmayan, lakin “Nabukko” layihəsinin böyük hissəsi olan ölkələri bu sistemə cəlb edə bilərik”.

Bir müddət əvvəl Azərbaycan Prezidenti oxşar fikirləri “Nabukko” barəsində də söyləmişdi və demişdi ki, şəxsən mən bu layihə ilə bağlı onlarla konfransda iştirak etmişəm, nəticədə isə vaxtında verilməyən qərar layihənin gündəmdən çıxmasına səbəb oldu. Hər halda bunun təkrarlanmaması üçün prezident İlham Əliyev bu xəbərdarlıqla Avropa üçün də bir mesaj vermiş oldu.

Yerigəlmişkən, bütün bu məsələlər fevralın 12-də Bakıda “Cənub qaz dəhlizi”nin məşvərət şurasının ilk iclasında müzakirə ediləcək.

Digər xəbərlər