Azərbaycan Prezidenti (Allah onu qüvvətləndirsin) sərəncam imzalayıb
2. 247 dəfə baxılıb
Prezident İlham Əliyev (Allah onu qüvvətləndirsin) Azərbaycan vətəndaşlarının 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
“Sələf Xəbər”in President.az-a istinadən məlumatına görə, sərəncamda bildirilir ki, 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2015-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.
Sələf Xəbər: Allah-Təala bizə Özünün qadağan etmədiyi şeylərdə rəhbərə tabe olmağı əmr edib. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” (Qurani-Kərim, “Nisa” surəsi, 59-cu ayə)