Azərbaycan prezidenti (Allah onu qüvvətləndirsin): “SOCAR özəlləşdirilməyəcək”
679 dəfə baxılıb
“Yaxın vaxtlarda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq”.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bunu RİA “Novosti” agentliyinə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev (Allah onu qüvvətləndirsin) deyib.
Dövlət başçısı qeyd edib ki, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökumətinin strateji aktivi olan SOCAR özəlləşdirilməyəcək: “SOCAR dövlətin strateji aktividir. Bu səbəbdən onun özəlləşdirilməsindən söhbət gedə bilməz”.
Müxbirin “Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərmi” sualına prezident belə cavab verib: “Rusiya Azərbaycanın yaxın dostudur. İstəsələr, yalnız şad olarıq. Lakin hələlik müraciət edən olmayıb”.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)