Azərbaycan Prezidenti (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın): “Münaqişənin ərazi bütövlüyünə əsaslanaraq həlli ilkin şərtdir”
1. 631 dəfə baxılıb
SİA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev (Allah onun rəhbərlik dövrünü xeyirlə uzatsın) ATƏT PA-nın Bakıda keçirilən sessiyada çıxışı zamanı deyib. “Azərbaycan Avropa ilə yanaşı digər beynəlxalq təşkilatlarla, dövlətlərlə əlaqə qurub. Azərbaycanın xarici siyasətində ən böyük uğurlarından biri 2 il əvvəl BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi olub. Bu, ölkəmizin ən böyük siyasi qələbəsidir”, – Prezident bəyan edib.
Hazırda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini bildirən ölkə başçısı bildirib ki, əsas məsələ beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsidir: “BMT Təhlükəsizlik Şurasının elə qətnamələri var ki, bir neçə saat ərzində həyata keçirilir, eləqətnamələri də var ki, 20 ildir, kağız üzərində qalıb. Azərbaycana münasibətdə də belə qətnamələr var və bu, Azərbaycan xalqını narahat edir. Bunun nəticəsində həmin beynəlxalq təşkilatlara etimad azala bilər. Biz 20 ildir, erməni təcavüzündən əziyyət çəkirik. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və 20 ildir erməni işğalı altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. Onların törətdikləri Xocalı soyqırımı dünyanın bir sıra ölkəsində tanınıb”.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan BMT-nin, ATƏT-in Azərbaycanın işğal olunmuş torpaqları, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına məhəl qoymur: “Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatların da məhəl qoymur. Həmsədrlər bildirirlər ki, “status-kvo” dəyişməlidir. Yəni torpaqlar işğaldan azad edilməlidir. Ermənistan buna məhəl qoymur. Münaqişənin ərazi bütövlüyünə əsaslanaraq həlli ilkin şərtdir. Öz müqəddəratını təyin etməyə gəlinə, Helsinki prinsiplərinə görə bu, ərazi bütövlüyünə zidd olmamalıdır. Ermənilər bir dəfə öz müqəddəratlarını müəyyən ediblər, niyə ikinci dəfə Azərbaycan
torpaqlarında ikinci dövlət yaratmalıdırlar? Axı indiki Ermənistan da Azərbaycan ərazisində yaradılıb. Etimadın bərpa olunması üçün Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır”.
Sələf Xəbər: “Dövlət başçılarına görə (Allahın izni ilə) aşağıdakı beş şey baş verir: Cümə namazı, məscidlərdə camaat namazları, bayramların qeyd edilməsi, sərhədlərin düşmənlərdən müdafiəsi və cinayətkarlara qarşı cəza tədbirlərinin görülməsi. Allaha and olsun ki, zalım və ədalətsiz olsa belə, yalnız rəhbər olduğu halda İslama düzgün etiqad edilə bilər. Allaha and olsun, Allah elə edir ki, onlardan ziyandan daha çox xeyir gəlir. Allaha and olsun, onlara tabe olmaq xeyirdir, onlara qarşı itaətsizlik isə – küfrün əlamətlərindəndir.” (“Ədabul Həsən Əl-Basri”).