Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan “qismən təhlükəli” ölkələr siyahısındadır

Noyabr 12
15:41 2015

Böyük Britaniya hökuməti səfər etməyin tamamilə təhlükəli və qismən təhlükəli olduğu ölkələrin siyahısını açıqlayıb.

“Sələf Xəbər” Lent.az-a istinadən məlumat verir ki, Azərbaycan “qismən təhlükəli” ölkələrin sırasına daxil edilib. Bu barədə Xarici Əlaqələr Ofisinin “Statista” portalı ilə birlikdə hazırladığı hesabatda deyilir.

Hesabatda 18 dövlət səfər etməyin tamamilə təhlükəli olduğu, 45 dövlət isə səfər etməyin qismən təhlükəli olduğu ölkələr siyahısına daxil edilib. Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Ukrayna və İsrailin adı səfər etməyin qismən təhlükəli olduğu ölkələr sırasındadır. Səfər etməyin tamamilə təhlükəli olduğu ölkələr əsasən Afrika ölkələridir. Bu siyahıya Asiyadan Fələstin, Əfqanıstan, İraq, Yəmən də daxil edilib.

Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir. Uca Allah buyurur: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)

Digər xəbərlər