Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən narahatdır”

Fevral 03
15:55 2016

Elmar Məmmədyarov: “Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən narahatdır”.

“Sələf Xəbər” APA-ya istinadən bildirir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, Azərbaycan hər iki ölkə rəsmiləri ilə bu barədə müzakirələr aparır: “İnanırıq ki, bu məsələ tezliklə həllini tapacaq. Ümid edirik ki, bu məsələ ölkələrə mənfi təsir göstərməyəcək. Bizim türklərlə strateji müttəfiqliyimiz, Rusiya ilə strateji tərəfdaşlığımız var”.

Elmar Məmmədyarov hər iki ölkənin Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edib: “Ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. Təbii ki, Azərbaycan səylər göstərir ki, bu böhrana çıxış yolu tapılsın və bu əməkdaşlıq yenidən öz mövqeyinə qayıtsın”.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər