Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan Rusiyanı NATO-ya şikayət etdi – İrəvana görə

Oktyabr 17
17:55 2017

Azərbaycan nümayəndə heyəti Buxarestdə keçirilən NATO-nun Parlament Assmableyasında Rusiyanın Ermənistana silah tədarükü məsələsini gündəmə gətirib.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Edmon Marukyan söyləyib. Onun sözlərinə görə, Azərbaycan Assambleyada Moskvanı işğalçını silahlandırmaqda ittiham edib.

Qeyd edək ki, Rusiya Ermənistana güzəştli şərtlərlə növbəti dəfə 100 milyon dollarlıq hərbi kredit verib. Razılaşmaya əsasən kredit Ermənistan ordusunun müasir silahlarla təchizatına xərclənməlidir.

Digər xəbərlər