Azərbaycan sərhədini qanunsuz keçən Türkiyə, Əfqanıstan və İran vətəndaşları saxlanılıb
825 dəfə baxılıb
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, Azərbaycan sərhədini qanunsuz keçən Türkiyə, Əfqanıstan və İran vətəndaşları saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Yardımlı şəhərində dövlət sərhədini qanunsuz olaraq keçmiş Türkiyə vətəndaşı Yaman Gokan, Əfqanıstan vətəndaşları Məhəmməd Sərvəri, Zəhra Bəyat və Əli Rza saxlanılıblar.
Bundan başqa, Masallı polisi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Masallı şəhərində İran İslam Respublikası vətəndaşı Seyid Abbas Musəvi Cəfəri Seyid İsmayıl oğlu dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 3 qram tiryək, 250 qram marixuana və 1 ədəd kompas aşkar edilərək götürülüb.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 200-cü ayə).
“Allah əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur. Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar.” (Bax “Təfsir Əs-Saadi”).