Azərbaycan Şərqi Avropada ən təhlükəsiz ölkələrdəndir
876 dəfə baxılıb
“Əvvəlki illərdə olduğu kimi ötən ildə də respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə (277) MDB və Şərqi Avropa Məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır”.
“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat”ında bildirilir.
Hesabatda qeyd olunub ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, insanların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində konkret müsbət nəticələr əldə edilib, əməliyyat şəraiti nəzarətdə saxlanılıb.
Respublikamızın müxtəlif yerlərində keçirilmiş 585 kütləvi, o cümlədən 517 beynəlxalq tədbirə cəlb olunan daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən ictimai asayiş etibarlı qorunub. Ötən il xidməti vəzifəsinin icrası zamanı 2 əməkdaş həlak olub, 109 əməkdaş xəsarət alıb.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)