Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan ŞƏT-in tərəfdaşı oldu

Mart 14
16:47 2016

“Bu, bizim üçün böyük şərəfdir”.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Rəşid Alimov və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycana ŞƏT-in dialoq tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalayıblar.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, imzalanma mərasimi bazar ertəsi ŞƏT-in Pekindəki mənzil qərargahında baş tutub.

“Bu gün Azərbaycan dialoq tərəfdaşı statusunu rəsmiləşdirdi. Bu, bizim üçün böyük şərəfdir. Bizim qarşılıqlı münasibətlərimizin yolları hələ 2012-ci ildə, Azərbaycan Prezidenti İlham Əliyevin ŞƏT-ə ölkəmizə bu təşkilatda müşahidəçi statusunun verilməsi ideyası ilə bağlı məktub göndərdiyi vaxtlardan başlayıb. Ona görə də, başa düşdüyünüz kimi, Azərbaycanın ambisiyaları dialoq üzrə statusdan daha yüksəkdir…

Düşünürəm ki, bu gün imzalanan sənəd bizə çox mühüm, çox maraqlı təşkilatla dialoqa başlamaq imkanı verir”, – deyə, Məmmədyarov bildirib.

ŞƏT-in Baş katibi Rəşid Alimov isə qeyd edib ki, rəhbərlik etdiyi təşkilat memorandumun imzalanmasını “təşkilatın gələcək inkişafı işinə mühüm töhfə” kimi qiymətləndirir.

Qeyd edək ki, bu gün ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Belarus, Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan isə təşkilatda müşahidəçi statusuna malikdirlər.

Digər xəbərlər