“Azərbaycan Səudiyyə Ərəbistanı və İran arasında gərginliyin sülh yolu ilə həll olunmasının tərəfdarıdır”
Yanvar 12
16:41
2016
656 dəfə baxılıb
“Səudiyyə Ərəbistanı və İran arasında gərginliyin sülh yolu ilə həllinin tərəfdarıyıq”.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında vitse-spiker Ziyafət Əsgərov söyləyib. Z. Əsgərov deyib ki, hər iki ölkə Azərbaycanla dostdur: “Dünyada gərginliyin artması fonunda əlavə gərginlik arzulamazdıq. Ona görə də çox istərdik ki, Səudiyyə Ərəbistanı və İran arasında danışıqlar aparılsın, münasibətlər yoluna düşsün”.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!