Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan silahı BƏƏ-də keçiriləcək sərgidə nümayiş etdiriləcək

Fevral 16
16:31 2015

Müdafiə Sənayesi Nazirliyi (MSN) gələn həftə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçiriləcək İDEX-2015 beynəlxalq müdafiə sərgisində Azərbaycan müəssisələrində istehsal olunmuş 180-dən artıq məhsulu nümayiş etdirəcək.

“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Fevralın 22-dən 26-dək davam edəcək sərgidə Azərbaycanda istehsal olunmuş atıcı silahlar, artilleriya sistemləri, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. təqdim olunacaq.

Sərgidə Azərbaycanı Müdafiə Sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Ziyarətçi qismində sərgidə Azərbaycandan Müdafiə Nazirliyindən və Dövlət Sərhəd Xidmətindən yüksək rütbəli nümayəndə heyətinin də iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycan MSN İDEX sərgisinə ikinci dəfədir qatılır. Bundan əvvəl – 2011-ci ildə MSN İDEX sərgisində stendlə təmsil olunub.

 Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər