Azərbaycan snayper hazırlayacaq
1. 029 dəfə baxılıb
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC tərəfindən hərbi xidmət çağırışçıları üçün ixtisas kursları yaxın günlərdə yenidən bərpa olunacaq.
Bu barədə SHXÇDX-nin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-dən məlumat verilib.
Cəmiyyətdən bildiriblər ki, hazırda snayper, kəşfiyyatçı, paraşütçü, kinoloq və digər kursların başlanması istiqamətində işlər davam etdirilir: “Hazırlıq işləri görülür. Qruplar təşkil olunduqdan sonra snayper kursları başlayacaq”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə snayper ixtisası üzrə kurslarda yalnız çağırışçılar iştirak edə bilərlər: “Adi vətəndaşların gəlib snayper kurslarına yazılması qeyri mümkündür. SHXÇDX-nin birbaşa vasitəçiliyi ilə bu kurslarda iştirak etmək olar. Kurslarda iştirak etmək üçün SHXÇDX-ə müraciət edilməlidir. Qanunvericiliyə görə, 17 yaşı tamam olub amma hərbi xidmətə hələ ki getməyən çağırışçılar snayper kurslarında iştirak edə bilərlər. Həmin şəxslər istək və arzusu nəzərə alınaraq həmin kurslara cəlb olunurlar”.
Hazırda snayper kurslarında iştirak edəcək olan şəxslərin sayı məlum deyil. İştirakçıların sayı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın…” (Müqəddəs Quran, “Ənfal” surəsi, 60-cı ayə).
“(Düşmənlərə) qarşı”, yəni sizi həlak etməyə və dininizi məhv etməyə çalışan düşmənlərinizə qarşı, “bacardığınız qədər qüvvə hazırlayın”, yəni müharibədə istifadə oluna biləcək hər bir şey: intellektual və fiziki güc, müxtəlif növ silahlar və döyüşdə tətbiq edilən digər şeyləri hazırlayın. Buraya həmçinin müxtəlif növ silahlar, müdafiə vasitələri, raketlər, təyyarələr, yerüstü və dəniz nəqliyyat vasitələri istehsal edən sənaye, eləcə də, qalaların, səngərlərin inşası, müsəlmanları gücləndirən və düşmənlərinin şərini dəf etməyə kömək edən məntiq və siyasət daxildir. Güclü olmaq, atəş açma qaydalarını və inzibati fəaliyyəti öyrənmək də həmçinin bunlara daxildir, elə buna görə, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Bilin ki, güc – atəş açmaq bacarığıdır”.
Bu hökmə həm də döyüş əməliyyatları üçün zəruri olan hərbi texnikanın hazırlanması aiddir. Bu barədə Uca Allah buyurur: “…Və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız.” O vaxt onların düşməni qorxutduqları səbəb bu (döyüş atları) idi. Hökm həmişə səbəb ilə bağlıdır, buna görə, əgər düşməni ən çox qorxudacaq və ən böyük ziyan yetirəcək zirehli texnika və təyyarələr kimi bir səbəb mövcuddursa, elə bunları hazırlamaq və inkişaf etdirmək lazımdır.” (Bax “Təfsir Əs-Saadi”).