Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Azərbaycan sülhməramlıları Əfqanıstana yola düşdü – FOTO

Oktyabr 14
16:45 2015

25 nəfərdən ibarət qrup göndərildi.

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

“Sələf Xəbər” Oxu.Az-a istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

📷

mn2

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)

“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər. Bundan başqa, onlar qohumluq münasibətləri yaradır, şadlıq və fəlakət anlarında bir-birilərini müdafiə edirlər. Onlar tənhalıqda yaşasaydılar bu yardımlaşma mümkün olmazdı, lakin Allah onlara rəhm edərək, onları xalqlar və qəbilələr toplusu halına gətirmişdir ki, onlar birgə yaşayaraq, mehriban qohumluq münasibətləri saxlasınlar. Lakin nə çoxsaylı qohumlar, nə böyük bir xalqa mənsubluq, nə də adlı-sanlı mənşəyə mənsubiyyət insanın Allahın hörmətinə və mərhəmətinə layiq olmağa kömək etməz, çünki Onun insanlar arasından ən çox hörmət etdiyi – ən çox xeyirxah və ən çox təqvalı olan qullarıdır ki, onlar Ona itaət edir və günahlardan çəkinirlər.
Allaha qulları haqqında hər şey məlumdur. O (Pak və Müqəddəs), bilir ki, onlardan kimisi özünü elə aparır ki, sanki Ondan qorxur, kimisi də həqiqətən Allahdan qorxur və O (Pak və Müqəddəs), hər bir insana onun layiq olduğu əvəzi verəcəkdir.
Bu ayədən aydın olur ki, hər bir insan öz mənşəyini, nəslinin tarixini bilməyə borcludur, axı Allah insanları məhz buna görə xalqlar və qəbilələr birliklərinə çevirmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər