Azərbaycan sürücülərinə şad xəbər: texniki baxışın müddəti uzadıldı – FOTO
1. 129 dəfə baxılıb
Bakupost lent.az-a istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirə bilməyən sürücülərə möhlət verilib.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev lent.az-a bildirib ki, növbələrin yaranması və bir çox sürücülərin məhz son günlərdə texniki baxış mərkəzlərinə gəlməsi səbəbindən bu addım atılıb: “Biz qərara gəldik ki, sürücülərə daha bir neçə gün möhlət verək. Bu müddət ərzində yol polisi onları məsuliyyətə cəlb edib, cərimələməyəcək. Amma bəzi sürücülər gözləyirlər ki, ayın axırı olsun, ondan sonra. Əslində belə olmamalıdır”.
Qeyd edək ki, bir neçə gündür ki, texniki baxış mərkəzlərinin xüsusi ilə Maştağa qəsəbəsinin girişindəki mərkəzdə böyük növbələr yaranıb. Hətta Zabrat yolu tıxac səbəbindən bir müddət bağlı olub.